Bu gecə Bakıda üç avtomobilin iştirakı ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Unikal.org xəbər verir ki, hadisə “NZS” qəsəbəsində qeydə alınıb.

Zəncirvari qəza nəticəsində 1937-ci il təvəllüdlü Halıqov Ağaşah Ağaməmməd oğlu xəsarət alıb.

Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Ona sol gözün küt travması diaqnozu qoyulub. 

Faktla bağlı araşdırma aparılır.