Bakıda velosiped oğrusu tutulub.

Unikal.org xəbər verir ki, mayın 20-də, gecə saatlarında Nərimanov rayonu Ə.Əliyev küçəsində A.Kərimzadənin 600 manat dəyərində velosipedi oğurlanıb.

Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədibləri nəticəsində oğurluqda şübhəli bilinən Bakı şəhər sakini 1980-cı il təvəllüdlü Orxan Məmmədov saxlanılıb.