Kürdəmir rayonunda yaş barama tədarükünə başlanılıb və mövsümün ilk günündə istehsalçılardan 2684,9 kiloqram məhsul qəbul olunub.  

Unikal.org xəbər verir ki, builki mövsümdə 292 kümçü tərəfindən 800 qutu (15200 qram) ipəkqurdu bəslənilib və bol məhsul yetişdirilib. Rayonun Qaramahmudlu, Sovla, Mollakənd, Carlı, Köhünlü, Qocalı və digər yaşayış məntəqələrində kümçülər daha yüksək məhsuldarlığa nail olublar.

Mövsümün ilk günündə Türkədi kəndindən Oktay İsmayılov məntəqəyə 110 kiloqram, Sovla kəndindən Əlvan Rəhimov 106,2 kiloqram, Babək Fərzəliyev 73,8 kiloqram yaş barama təhvil veriblər. Yaş barama “Azəripək” MMC-nin nümayəndələri tərəfindən qəbul edilir.