Dünyada koronavirus infeksiyasından 600-dən çox tibb bacısı ölüb.

Unikal.org xəbər verir ki, bunu Beynəlxalq Tibb bacıları Şurası bildirib. Qeyd olunub ki, ümumilikdə 230 mindən çox tibb işçisi koronavirusa yoluxub.

Bu günədək dünyada koronavirusa yoluxanların təxminən 7 faizi tibb işçiləridir. Qeyd edək ki, dünyada 6,4 milyondan çox şəxs koronavirusa yoluxub, 43 minə yaxın xəstə vəfat edib.