“Ölkədə koronavirusla bağlı vəziyyət pisləşib”.

Unikal.org xarici KİV-ə  istinadən xəbər verir ki,  bunu Ermənistanın Baş Naziri Nikol Paşinyan "Facebook"da canlı yayım zamanı deyib.

O bildirib ki, Ermənistanın səhiyyə sistemi həddən artıq yüklənir, həkimlər koronavirusa yoluxmuş bütün xəstələri vaxtında xəstəxanaya yerləşdirə bilmirlər.

“Dünən həkimlər 697 yeni yoluxma faktı aşkar ediblər. Bu, pandemiya ilə bağlı vəziyyətin getdikcə pisləşməsi deməkdir. Xəstəxanaya yerləşdirilməsi vacib olan xəstələr var, ancaq bunu vaxtında edə bilmirik”, deyə N. Paşinyan vurğulayıb.

Bundan əvvəl də N. Paşinyan ölkədə epidemioloji təhlükəsizlik standartlarının pozulmasının miqyasını qiymətləndirərək bunu fəlakət adlandırıb. Baş Nazir daha əvvəl hüquq-mühafizə orqanlarının vəziyyəti nəzarətdə saxlamaq iqtidarında olmadığını vurğulayıb.

Qeyd edək ki, N. Paşinyan və ailə üzvləri koronavirusa yoluxublar.