Bakıda qadın dərmandan zəhərlənib ölüb.

Unikal.org xəbər verir ki, hadisə 1 saylı Kliniki Tibbi Mərkəzdə baş verib.

Tovuz rayonunda qeydiyyatda olmaqla Abşeron rayonu, Novxanı qəsəbəsində yaşayan, 1953-cü il təvəllüdlü Vəliyeva Füruzə Musa qızı mayın 25-də yaşadığı evdə "Dumble" adlı bitki dərmanı qəbul edib.

Dərmandan zəhərlənən qadın 1 saylı Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb. Ağciyər xəstəliyi və şəkərli diabetdən əziyyət çəkən qadın iyunun 3-də xəstəxanada dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.