Türkiyədə intihar hadisəsi baş verib. 

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, Bursa şəhərində Yüksək İxtisas Xəstəxanasında həkim işləyən Mehmet Ş. adlı həkim, 1996-ci ilə vəfat edən atasının qəbrinin üstündə başına silahla atəş edərək intihar edib.  

Aparılan araşdırma nəticəsində,  bir azyaşlı övladı  olan Mehmet Ş. adlı həkimin 2 ay bundan əvvəl həyat yoldaşından ayrıldığı və ağır günlər keçirdiyi məlum olub.  

İntihar hadisəsi ilə əlaqədar istintaq başladılıb.