"Əlbəttə, uzunmüddətli qapanmalar epidomoloji cəhətdən daha uğurlu olar"

Unikal.org xəbər verir ki, bunu TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.

Onun sözlərinə görə, beynəlxalq təcrübə onu göstərir ki, karantin qaydalarının uzun müddət davam etməsindən sonra insanlar sərbəstliyə meylli olurlar:

"Belə olan halda sərbəstlik yaranır, amma təhlil olunmayan heç bir qayda qəbul edilmir"