Dünyada yeni növ koronavirusa yoluxanların sayı 6 milyon 640 min 642 nəfərə çatıb.

Unikal.org  "Worldometers"-ə istinadən xəbər verir ki, virusdan ölənlərin sayı 389 min 965 nəfərdir. İndiyədək 3 milyon 205 min 512 nəfər xəstəlikdən sağalıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkədə qeydə alınıb.