Türkiyədə bu həftəsonu 15 bölgədə komendant saatı tətbiq ediləcək.

Unikal.org Türkiyə KİV-nə istinadən xəbər verir ki, ölkənin Daxili İşlər Nazirliyi tərəfindən 15 bölgəyə təlimata görə, komendant saatı məhdudiyyətlərinin gündəlik həyatda təsirini minimum səviyyəyə endirmək üçün bazar, market və qəssab dükanları fəaliyyətlərini saat 23:00-a qədər davam etdirəcək.

Qanununda qəbul edilmiş qərarlara əməl etməyən vətəndaşlara baş sanitariya qanununun 282-ci maddəsinə uyğun olaraq inzibati cəza tətbiq ediləcək.