Ukraynada dəhşətli qətl hadisəsi törədilib.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, Loboykivka şəhərində Nataliya adlı qadın qonşusu Vasili ilə birlikdə evində spirtli içki qəbul edib. O, 60 yaşlı qonşusu ilə səhər saatlarında mübahisə edib.

Onlar arasında baş verən mübahisə davaya çevrilib. 45 yaşlı qadın qonşusunu bir neçə dəfə bıçaqladıqdan sonra onun bədənini balta ilə parçalayıb. Paltarları qana bulanmış cinayətkar qadın əlində siqaret və qəhvəsi ilə polisin evə gəlməsini gözləyib.

O, bu dəhşətli cinayəti 16 yaşlı qızının gözləri önündə törədib. Yeniyetmə qız bu hadisəyə şahid olduğu üçün psixoloji müalicə alacaq.

45 yaşlı Nataliya isə qonşusunu bıçaqlayıb parçaladığı üçün 15 illik həbs cəzasına məhkum edilib.