“Bəzi universitetlər onlayn dərslərdə iştirak etməyən tələbələrə çətinlik yaradır”.

Unikal.org xəbər verir ki, bunu deputat Naqif Həmzəyev parlamentdə çıxışında deyib. O bildirib ki, karantin dövründə hər kəsin internetə çıxış imkanları olmaya bilər: “Onsuz da çətin vəziyyətdəyik. Çalışaq ki, tələbələri incitməyək. Onları növbəti semestrə keçirək”.

Deputat, həmçinin Hindistanın müxtəlif ştatlarında qalan azərbaycanlıların ölkəyə gətirilməsinə görə ölkə başçısına təşəkkür edib.