Rusiyada koronavirusa yoluxma göstəriciləri artmaqda davam edir.

Unikal.org xəbər verir ki, ölkədə son sutka ərzində 8 726 nəfər virusa yoluxub, 144 nəfər isə həyatını itirib.

Bu günə qədər Rusiyada 449 834 nəfər infeksiyaya yoluxub, ölənlərin sayı 5 528 nəfərə çatıb.

Ölkə ərazisində ümumilikdə 212 680 nəfər virusdan sağalıb, 231 626 nəfərin müalicəsi isə davam edir.