Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdrəsi əməkdaşları əldə edilmiş məlumat əsasında əməliyyat keçiriblər.

DİN-in Mətbuat Xidmətindən Unikal.org-a verilən məlumata görə, əməliyyat-axtarış tədbirləri nəticəsində paytaxt sakini E.Abdullayevin Biləcəri qəsəbəsindəki evindən “WALTER” markalı tapança, 1 ədəd patron darağı və 7 ədəd patron aşkar edilərək götürülüb.

Araşdırma aparılır.