Rusiyanın xalq artisti Mixal Kokşenov 83 yaşda dünyasını dəyişib.

Unikal.org xəbər verir ki, bunu onun həyat yoldaşı şair Lyubov Voropayeva “Facebook”da bildirib.

Qeyd edək ki, daha çox komik personajlarla tanınan M.Kokşenov 100-dən çox filmə çəkilib. Onun rol aldığı ən məşhur kinolar “Dauriya”, “Ola bilməz!”, “Sportloto-82” və “Ən valehedici və cazibədar” başqa filmlərdir.