Misirdə beynəlxalq turizm fəaliyyətlərinin bərpası payızdan əvvəl güman edilmir.

Unikal.org xəbər verir ki, hökumət beynəlxalq turizmin üzünə qapıları yenidən açmaq planlarını müzakirə edərək müvafiq tapşırıqlar versə də, konkret tarix göstərməyib.

Misir Turizm Palataları Federasiyasından bildirilib ki, ölkədə COVID-19 epidemiyasına dair mövcud vəziyyət (27 mindən artıq yoluxan və 1100 nəfərdən artıq ölən var) nəzərə alınsa, beynəlxalq turizmin bu il sentyabr – oktyabr aylarında yenidən açılacağını gözləmək olar. Həmin vaxtadək koronavirusa qarşı peyvənd dərmanının və ya müalicə üsulunun tapılacağı güman olunur.