Bu gün Azərbaycanın Milli aviadaşıyıcısı Ankaradan Bakıya çarter reysi həyata keçirib.

"Azərbaycan Hava Yolları"ndan Unikal.org-a verilən məlumata görə, həmin reyslə 144 nəfər Azərbaycan vətəndaşı Bakıya çatdırılıb.

Ölkəyə gələn bütün sərnişinlər mütləq qaydada karantinə yerləşdirilib.

Qeyd edək ki, həmyerlilərimizin vətənə çatdırılması üçün çarter reysləri AZAL tərəfindən Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyən etdiyi plana uyğun həyata keçirilir.