"Azərbaycan pandemiya dövründə  siyasi sabitlik göstərən, həmçinin sosial -iqtisadi inkişaf edən dövlətlər sırasında dayanır".

Bunu Milli Məclisin deputatı Müşfiq Cəfərov Unikal.org-a açıqıamasında deyib. 
Onun sözlərinə görə, idman sahəsində görülən işlər artıq geniş vüsət alıb:

"Ölkə başçısının idmana xüsusi diqqət və marağı ölkəmizin dünya arenasında tanınmasına, beynəlxalq əməkdaşlıqlara şərait yaradır. Tərtərdə yaradılan Olimpiya İdman kompleksi cəbhə  bölgəsi gənclərinin idman sahəsində özünü göstərməsi üçün əlverişli şərait olacaq. Bu fürsəti Tərtər gəncliyi dəyərləndirməli, müsbət mənada istifadə etməlidir. Azərbaycanın bir sıra nüfuzlu yarışlara ev sahibliyi etməsi artıq onu göstərir ki, ölkədə idman yüksək səviyyədə iştirak edib və dünya miqyası səviyyəsində tanına bilib. Dövlət qayğısının siyasətinin nəticəsidir ki,  idmançılarımız dünya dövlətləri sırasında layiqli yerini müəyyənləşdirməyə, bayrağını yüksəltməyə nail oldu". 

Müşfiq Cəfərovun bildirib ki, prezidentin bu sahədə uzaqgörən siyasəti  Azərbaycan idmanının inkişafına ciddi təkan verdi:

"Bu siyasətin yaratdığı imkanlar idmançıların yaşayış səviyyəsinin, təlim-məşq şəraitinin ildən-ilə yaxşılaşdırılmasına da real zəmin yaratdır. 
Bütün bunlar respublikamızda idmanın kütləviləşməsinə xidmət edir. Azərbaycanda idman və gənclər siyasətinin düzgün qurulduğunu bu sahədə qazanılmış uğurlu nəticələr də göstərir.
Dövlət başçısı idmançıların beynəlxalq yarışlarda layiqincə iştirak etməsi, uğur qazanması üçün bütün lazımi tədbirləri görür. Artıq  Azərbaycan müxtəlif beynəlxalq idman yarışlarının keçirildiyi nüfuzlu məkana çevrilib.  Ölkə idmanı özünün yüksəliş dövrünü yaşayır. Azərbaycan prezidentinin böyük diqqət və qayğısı idmançılarımızı yeni qələbələrə ruhlandırır.
Qeyd edim ki, Tərtər rayonunda aparılan sosial-iqtisadi tədbirlər diqqət mərkəzindədir.  Prezidentin də çıxışında qeyd etdiyi kimi Tərtər rayonunun Azərbaycan iqtisadiyyatında xüsusi yeri vardır. Rayon pambıqçılıq sahəsində ölkə üzrə yüksək göstəricilərə malikdir. Bu sahəyə göstərilən diqqət və qayğı Azərbaycanın milli genefondunun qorunmasına xidmət edir. 
Dağlıq Qarabağ mövzusuna toxunan parlamentin üzvü söyləyib ki, Ermənistan illərdir işğalçılıq siyasətini pərdələmək, dünya ictimaiyyətinin diqqətini yayındırmaq üçün hər yola əl atır. Artıq elə bir vəziyyət yaranıb ki, dünya ictimaiyyəti düşmən dövlətin işğalçı siyasətini faşizmə olan dəstəyini görür və qınayır. Beynəlxalq media Ermənistanın faşizmə olan münasibətini ifşa edib. Nəinki beynəlxalq mətbuat, düşmən dövlətin öz mediası bunu etdi və dünya bunu gördü. Faşistlərə heykəllər ucaldılır, onlar qəhrəmanlaşdırılmağa çalışılır ki, həmin ölkədə hansı insan haqlarından, hansı dünyəvi dəyərlərdən söz gedə bilər. Bunları deməyə əsas verən ən güclü amil məhz Qarabağın işğalı və Xocalı faciəsidir ki, dünya birlikləri bunu qəbul edir. Nüfuzlu təşkilatlar tərəfindən qətnamələr qəbul olunur. Hansı ki, Ermənistan həmin qətnamələrin heç birinə əməl etməyib. Ermənistan dövləti Azərbaycanın tarixini silib, yerində özlərinin tarixi izlərini yaratmaq istəyirlər. Bu gün Şuşada evlər sökülür, daşlarından yollara düzüb özlərinə bizim torpaqlarda tarix yaradırlar. Bunu hansı demokratik dövlət qəbul edib tanıyacaq. Bu saxtakarlıq davam edir, işğal altında olan ərazilərimizdə tariximizi, mədəniyyətimizi məhv edirlər. Ermənistanda hakimiyyəti birbaşa faşizmi dəstəklədi, bunu açıq bildirməkdən də çəkinmədi".  
Sonda Milli Məclisin deputatı deyib ki, biz əzəli torpaqlarımızı azad etməkdə aciz deyilik:

"Azərbaycan dövləti bunu demokratik çərçivədə həyata keçirmək istəyir. İnsan haqlarına hörmət edən dövlətimiz daxili və xarici siyasətində beynəlxalq hüquq və normalara əsaslanır. Lakin bu o demək deyil ki, dövlətimiz Ermənistana güzəştə gedəcək. Ölkə başçısı da dəfələrlə qeyd edib ki, biz öz torpaqlarımızı heç vaxt güzəştə getməyəcəyik. Avropa Şurasının hələ də Dağlıq Qarabağda keçirilən saxta seçkilərə münasibət bildirməməsi və susması qurumun məkirli siyasətindən xəbər verir. Bütün nüfuzlu beynəlxalq təşkilatlar və demokratik dəyərlərə söykənən dövlətlər saxta seçkini qınadı və tanımadı. Avropa Şurasının susmasının əsas səbəbi isə Ermənistanın Azərbaycana qarşı dünya ictimaiyyətində mənfi rəy yaratma kompaniyasına dəstək verməsidir".

Famil Fərhadoğlu