Böyük Britaniyada koronavirusdan ölənlərin sayı artmaqda davam edir. Belə ki, virusdan ölənlərin sayı 40 mini keçib.

Unikal.org-un Britaniya bürosunun verdiyi xəbərə görə, Britaniya hökumətinin açıqlamasında son sutka ərzində yeni növ koronavirusdan (COVID-19) 357 nəfərin vəfat etdiyi deyilir.

Bununla da Britaniyada indiyədək koronavirusdan ölənlərin sayı 40 261 nəfərə çatıb. Ümumilikdə koronavirusa yoluxanların sayı isə son sutka ərzində 1650 nəfər artaraq 283 311 nəfərə çatıb.