Daşkəsən rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Unikal.org-un məlumatına görə, hadisə Əmirvar kəndində qeydə alınıb. 

"Niva" markalı avtomobilin qəzaya uğraması nəticəsində sürücü, Gəncə şəhər sakini, 1950-ci il təvəllüdlü Əli Hüseynov xəsarət alıb. O, xəstəxanaya aparılıb. 

Qəzaya avtomobilin əyləcinin nasazlığı səbəb olub. Nəticədə avtomobil idarəetmədən çıxaraq yol kənarına aşıb.

Hadisə yerinə təcili tibbi yardım briqadası və Dövlət Yol Polisi əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.