Əfqanıstanın şimal-şərqində yerləşən Bədəxşan əyalətində törədilən partlayış nəticəsində azı 11 polis əməkdaşı ölüb.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, bunu əyalətin polis idarəsinin nümayəndəsi Sanaullah Ruhani bildirib.

Onun sözlərinə görə, hadisə gecə saatlarında baş verib. İçərisində 11 polis əməkdaşı, o cümlədən dəstənin rəisi də olan avtomobil yola qoyulan minaya düşüb.