Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) cəmi 3 yoluxma halı qeydə alınıb.  

Unikal.org xəbər verir ki, bu barədə Gürcüstan hökümətinin koronavirusla mübarizə çərçivəsində təsis etdiyi xüsusi internet saytında bildirilib.  Bununla da ölkədə qonşu ölkədə yoluxanların sayı 808 nəfərə çatıb.

Qeyd olunub ki, Gürcüstanda koronavirus  səbəbi ilə hazırda 2955 nəfər karantində saxlanılır, 276 nəfər isə stasionar şəraitdə müalicə olunur. Yoluxanlardan 663 nəfər sağalıb, 13 nəfər isə dünyasını dəyişib.