Qazaxıstanda 6,2 bal gücündə zəlzələ baş verib.

Unikal.org xarici KİV-ə istinadən məlumat verir ki, bu barədə regional fövqəladə hallar idarəsinin mətbuat xidməti xəbər yayıb. Yeraltı təkanları Taldıkorqan və ölkənin ən böyük şəhəri - Almatı sakinləri hiss ediblər.

Dağıntı və tələfat haqqında məlumat verilmir.

Agentliyin informasiyasına görə, təkanlar yerli vaxtla saat 06:10-da (Bakı vaxtı ilə 04:10-da) qeydə alınıb.

Zəlzələnin episentri Almatıdan 244 km şimal-şərqdə, dağlıq ərazidə, Yeskeldinski rayonunun ərazisində olub. Zəlzələ ocağı yerin səthindən 25 km dərinlikdə yerləşib.