Kürdəmir rayonunda yol qəzası baş verib.

Unikal.org xəbər verir ki,  Sadiq Namiz oğlu Əsgərovun idarə etdiyi "VAZ-2102" markalı avtomobil körpü üzərində sükanı arxasında Ramin Məmməd oğlu Mürsəlovun olduğu "Hyundai" markalı avtomobillə toqquşub. Nəticədə ikinci avtomobil yoldan çıxaraq körpüdən aşıb.

Hadisə zamanı ciddi xəsarət alan olmasa da, avtomobil yol kənarında olan bir neçə ağacı kökündən çıxarıb və yol təssərüffatına xeyli ziyan dəyib.

Qəzaya "Hyundai" markalı avtomobilin yolda həddindən artıq sürətlə hərəkət etməsi səbəb kimi göstərilir.

Faktla bağlı araşdırma aparılır.