İsveçrədə xərçəng xəstəliyi ilə mübarizə aparan tanınmış blogger Mehman Hüseynova yardım kampaniyası davam edir.Verilən məlumata görə, artıq bloggerin müalicəsi üçün 140 000 manat vəsait toplanıb.Mehman Hüseynov son açıqlamasında yardım edənlərin adlarını çəkməsə də onların hər birinə təşəkkürünü bildirib.

Unikal.org  sfera.az-a istinadən xəbər verir ki, gofundme.com onlayn resursunda yer almış məlumatda qeyd olunub ki, yardım kampaniyasına qoşulanlar arasında  Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov da blogger üçün pul köçürüb.