Dünyada yeni növ koronavirusa yoluxanların sayı 6 milyon 897 min 54 nəfərə çatıb.

Unikal.org "Worldometers"-ə istinadən xəbər verir ki, virusdan ölənlərin sayı 399 min 286 nəfərdir. İndiyədək 3 milyon 378 min 10 nəfər xəstəlikdən sağalıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkədə qeydə alınıb.