İmişli rayonunda yerli sakin cərəyan vurması nəticəsində dünyasını dəyişib

Unikal.org report-a istinadən xəbər verir ki, hadisə bu gün rayonun Ağamalılar kəndində qeydə aĺınıb.

Adı çəkilən kəndin sakini, 1937-ci il təvəllüdlü Səfərova Zibeydə Nüsrət qızını elektrikli çaydanın naqilində olan nasazlıq səbəbindən elektrik cərəyanı vurub və o, hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.