Xırdalan şəhərində yanğın hadisəsi baş verib.

Unikal.org xəbər verir ki, hadisə “AAAF Park” yaşayış kompleksinin 23-cü küçəsində qeydə alınıb.

Hadisə şahidlərinin sözlərinə görə, ev yiyəsi mənzilin eyvanında kabab bişirmək üçün manqal qoyub. Ani diqqətsizlik yanğının baş verməsinə səbəb olub.

Yanğın bina sakinlərinin köməkliyi ilə söndürülüb.