Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tibbi maska istifadəsi ilə bağlı yeni təlimatları açıqlayıb.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) Unikal.org-a bildirilib ki, təlimatlara əsasən, infeksiyanın yoluxma təhlükəsi yüksək olan bütün ictimai yerlərdə maskaların istifadəsi zəruridir.

ÜST-ün maska istifadəsinin əhəmiyyəti ilə bağlı yeni tövsiyələri akademik çalışmalarla sübut edilib.

TƏBİB vətəndaşları bir daha Nazirlər Kabineti yanında Operativ Qərargahın təsdiq etdiyi qaydalara əməl etməyə çağırıb.