ABŞ-da qara dərili Corc Floydun polis tərəfindən öldürülməsindən sonra başlayan etiraz aksiyaları davam edir.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, iğtişaşlar çərçivəsində ölkə rəhbərliyini ən çox narahat edən məsələ koronavirusun ikinci dalğasının baş verməsi idi. Artıq aksiyalarda iştirak edənlərin bəzilərinin "Covid-19"a yoluxduğu məlum olub. 

Həmçinin bildirilib ki,bu yoluxmalar nəticəsində heç bir ştatda pandemiyanın yayılması ciddi şəkildə artmayıb. Qeyd edək ki, Çində meydana gələn yeni növ koronavirus (Covid-19) infeksiyasının ən geniş yayıldığı ölkə ABŞ-dır.