ABŞ-ın Kaliforniya ştatında yerləşən “Amazon” şirkətinin anbalarında güclü yanğın baş verib.

Unikal.org "CNN"-ə istinadən xəbər verir ki, yayılan videolarda alovun anbarın böyük sahəsini əhatə etdiyi görünür.

Qeyd olunur ki, yanğın başlayan vaxt anbarda 100 nəfərə yaxın işçi olub. Onların hamısı sərbəst şəkildə anbarın ərazisini tərk edə biliblər.