İndoneziyanın Mərkəzi Yava əyalətində “Mİ-17” hərbi helikopterinin qəzaya uğraması nəticəsində 5 nəfər həlak olub, 5-i isə yaralanıb.

Unikal.org xəbər verir ki, bu barədə “Jakarta Globe” qəzeti ölkənin Müdafiə Nazirliyinə istinadla məlumat yayıb.

Hadisənin iyunun 6-da yerli vaxtla saat 13:40-da Kendal şəhərində baş verdiyi bildirilir. Qeyd edilir ki, həmin gün ikinci təlim uçuşu yerinə yetirən helikopterin birinci dəfə havaya qalxması zamanı heç bir problem qeydə alınmayıb.

Ciddi yanıq xəsarəti almış digər hərbiçilərin yerli xəstəxanaya çatdırıldığı bildirilir.

Hazırda hadisənin başvermə səbəbləri araşdırılır.