Hollivud ulduzu Sandra Bullok gizlicə ərə gedib.

Unikal.org xəbər verir ki, bu barədə aktrisaya yaxın mənbələrdən biri məlumat verib. O bildirib ki, Sandra 5 ildir vətəndaş nikahında yaşadığı fotoqraf Brayn Rendalla ailə həyatı qurub.

Cütlüyün toyu isə karantindən əvvəl, aktrisanın Hollivuddakı evində reallaşıb. Qeyd edək ki, Sandranın övladlığa götürdüyü Luis və Laym adlı iki oğlu var.