"Azərişıq” ASC-nin paylayıcı elektrik şəbəkələrinin yenidənqurulması proqramına əsasən Şamaxı rayonunun Çuxuryurd kəndində yenidənqurma işlərinə başlanılıb.

Unikal.org xəbər verir ki, 5 minədək sakini olan Çuxuryurd kəndində ilk dəfə 1966-cı ildə elektrik şəbəkəsi qurulub.

Köhnə transformator məntəqələri, yararsız kabellər, çürümüş ağac dayaqlar, hətta sayğaclar belə yeniləri ilə əvəz olunur. Bir sözlə yaşayış məntəqəsinin elektrik təsərrüfatı tamamilə yenilənir. Paylayıcı elektrik şəbəkənin yenidən qurulmasında əsas məqsəd istehlakçıları dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təmin etməkdir.

Xatırladaq ki, "Yeni kəndlər” layihəsi çərçivəsində "Azərişıq” ASC indiyədək ölkə üzrə 500-dən çox kənddə elektrik enerjisi sistemini tamamilə yenidən qurub.