Koronavirus pandemiyası səbəbindən Fransada XXVIII turdan sonra başa çatdırılan 2019/20 mövsümü bərpa oluna bilər.

Unikal.org xəbər verir ki, UEFA Fransa Futbol Federasiyasına bununla bağlı rəsmi icazə verib.

Qitə futbol qurumu fransızların tələsik qərar verdiklərini və fikirlərini dəyişmək imkanlarının olduğunu vurğulayıb. Bəzi klubların qərara etirazını nəzərə alan yerli federasiya mövsümün pley-off sistemi şəklində bərpasını nəzərdən keçirir.

Qeyd edək ki, son 24 ildə ilk dəfə avrokuboklardan kənarda qalan “Lion”, eyni zamanda aşağı liqaya göndərilən “Amyen” və “Tuluza” məhkəməyə müraciət edib. Onların etirazına bu həftə ərzində baxılacaq.