"Qarabağ"ın transfer etmək istədiyi Türkiyənin "1928 Bucaspor" klubunun futbolçusu Oğuz Aydına daha bir müştəri çıxıb.

Unikal.org Türkiyə KİV-nə istinadən xəbər verir ki, 20 yaşlı yarımmüdafiəçi ilə Qazaxıstan çempionu "Astana" da maraqlanır. Hər iki klub Niderland əsilli vinger üçün agentlər vasitəsilə təklif göndərilib. 

Qeyd edək ki, Oğuz Aydın Türkiyənin U-19 yığmasında 1 oyun keçirib. Onunla daha əvvəl "Beşiktaş" və "Ankaragücü" klubları da maraqlanıb.