Bakıda vətəndaşa qarşı quldurluq edilib.

Unikal.org xəbər verir ki, hadisə paytaxtın Nizami rayonu, R.Rüstəmov küçəsi 66 ünvanının qarşısında baş verib. Bakı şəhər sakini Zülfüqarzadə Şəhriyar İlqar oğlu həmin ünvanın qarşısında 3 nəfər tanımadığı şəxsin hücumuna məruz qalıb. Naməlum şəxslər ona zor tətbiq etməklə 109 manatını, "Samsung" markalı mobil telefonunu və köynəyini alıb hadisə yerindən uzaqlaşıb.

Faktla bağlı Nizami rayon Polis İdarəsində cinayət işi başlanıb, hadisəni törədən şəxslərin müəyyən edilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri keçirilir.