Azərbaycan Xarici İşlər Nazirliyi Portuqaliyanı Respublika Günü münasibətilə təbrik edib.

Unikal.org-un xəbərinə görə, təbrik mətni XİN-in rəsmi “Twitter” səhifəsində yayılıb.

“Milli bayram münasibətilə Portuqaliya Respublikasına səmimi-qəlbdən təbriklərimizi çatdırırıq. Fürsətdən istifadə edərək dost Portuqaliya xalqına möhkəm cansağlığı, uğurlar və əbədi firavanlıq diləyirik”, - təbrikdə bildirilib.