Şəmkir rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. 

Unikal.org xəbər verir ki,  hadisə Bakı-Qazax avtomobil yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb. 

Qəza nəticəsində bir nəfərin öldüyü, daha bir nəfərin isə xəsarət aldığı bildirilir.

Faktla bağlı araşdırma aparılır.