“Liverpul” yarımmüdafiəçisi Adam Lallana ilə müqaviləni yeniləyib.

Unikal.org klubun saytına istinadən xəbər verir ki, 32 yaşlı futbolçu ilə mayın 30-da müddəti bitən müqavilənin mövsümün sonunadək qüvvədə olacağı diqqətə çatdırılıb. Koronavirus pandemiyasına görə təxminən 3 aydır dayandırılan İngiltərə Premyer Liqasında 2019/20 mövsümünün iyunun 17-də bərpa olunması, iyulun sonuna qədər başa çatdırılması nəzərdə tutulub. Bu isə o deməkdi ki, Lallana yalnız avqustun 1-dən sonra azad agent statusu ilə “Liverpul”dan ayrılacaq.

Lallana 6 mövsümdü “Liverpul”un uğurları üçün çalışır. İngiltərə yığmasının sabiq üzvü indiyə qədər “qırmızılar”ın heyətində 178 oyuna çıxıb, 22 qola imza atıb. Yarımmüdafiəçinin növbəti mövsümdən karyerasını “Lester Siti”də davam etdiriləcəyi iddia olunur.