İtaliyanın "Milan" klubunun futbolçusu Samuel Kastilyexo sükan arxasında olarkən silahlı hücuma məruz qalıb.

Unikal.org "MilanNews"-a istinadən xəbər verir ki, cinayətkarlar işıqforda yaşıl işığın yanmasını gözləyən futbolçuya yaxınlaşaraq, tapançanı onun üzünə dirəyiblər.

Silahlı şəxslər idmançının bahalı saatını oğurlayıb, hadisə yerindən uzaqlaşıblar. İspaniyalı yarımmüdafiəçi S.Kastilyexo 2018-ci ildə çıxış etdiyi "Vilyareal" klubundan "Milan"a transfer olub.