Abşeron rayonu ərazisində Ceyranbatan su anbarının yaxınlığında baş verən yanğın Fövqəladə Hallar Nazirliyinin qüvvələri (FHN) tərəfindən saat 16:49-da söndürülüb.

Bu barədə Unikal.org-a FHN-dən məlumat verilib.

Yanğının söndürülməsi əməliyyatına Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvəsi və 17 ədəd texnikası, Aviasiya dəstəsinin 3 ədəd helikopteri, Mülki müdafiə qoşunlarının və Xüsusi Riskli Xilasetmə Xidmətinin şəxsi heyəti cəlb olunub. 

***14:20

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Abşeron rayonunun Ceyranbatan qəsəbəsində Ceyranbatan su anbarının yaxınlığında quru ot və kol-kos yanması barədə məlumat daxil olub.

Bu barədə Unikal.org-a FHN-dən məlumat verilib.

Bildirilib ki, anğının söndürülməsi üçün dərha əraziyə Nazirliyin müvafiq qüvvələri, o cümlədən Aviasiya dəstəsinin iki ədəd helikopteri cəlb olunub.

Hazırda nazir müavinləri general-leytenant Etibar Mirzəyev və Tapdıq Əmiraslanov, habelə nazirliyin digər aidiyyəti vəzifəli şəxsləri ərazidədirlər.

Yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir. 

Əlavə məlumat veriləcək.

*** 12:18

Abşeron rayonunun Ceyranbatan qəsəbəsində Ceyranbatan su anbarının yaxınlığında yanğınsöndürmə işləri davam etdirilir. 

Bu barədə Unikal.org-a FHN-dən məlumat verilib.

Yanğının söndürülməsi üzrə əməliyyata nazirliyin Aviasiya dəstəsinin 2 ədəd helikopteri cəlb olunub.

Əlavə məlumat veriləcək.

***11:52

Abşeron rayonunun Ceyranbatan qəsəbəsində Ceyranbatan su anbarının ərazisində quru ot və kol-kos yanır. 

Unikal.org xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar xəttinə məlumat daxil olub. 

Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvə və texnikası hadisə yerinə cəlb olunub. 

Hazırda yanğınsöndürmə işləri aparılır. Əlavə məlumat veriləcək.