“SciSports” şirkəti “Barselona”nın hücumçusu Lionel Messi və “Yuventus”un üzvü Kriştian Ronaldonun keyfiyyətlərini müqayisə edib.

Unikal.org xəbər verir ki, futbolçuların yalnız La Liqadakı göstəriciləri Ronaldonun “Real”da çıxış etdiyi illərə nəzərən əsas götürülüb. Araşdırmada futbolçunun meydandakı bütün hərəkətləri – ötürmələri, mübarizəsi və s. nəzərə alınıb.

Nəticəyə görə, Messi Ronaldodan iki dəfə daha yaxşıdır. Argentinalının meydanda daha çox mübarizə apardığı, komandasına daha çox xal qazandırdığı və oyunun nəticəsinə daha çox təsir etdiyi bildirilib. Messi ümumi dəyərləndirmədə 1,21, Ronaldo isə 0,61 bal toplayıb.