İctimai Palatada mübhəm sirlər
İctimai Palatada mübhəm sirlər
AXCP ilə Müsavat arasında nə baş verir?

Özəyini ölkənin iki əsas müxalifət partiyasının - AXCP və Müsavatın təşkil etdiyi, eyni zamanda müstəqil ekspert və QHT sektoru nümayəndələrinin, media təmsilçilərinin, bir neçə digər partiya funksionerləri və üzvlərinin, müstəqil ictimai-siyasi fəalların da təmsil olunduğu İctimai Palata ətrafında müəmmalı durum qalmaqdadır. İndiyədək bir neçə dəfə dağılmağın bir neçə addımlığına gəlmiş qurumu birdəfəlik xitlas etmək yolları isə hələlik görünmür.
Mövzu ilə bağlı İctimai Palataya (İP) yaxın qaynaqlardan əldə etdiyimiz məlumata görə, hazırda qurumun rəhərliyində təmsil olunanlar da durumun ciddiyyətindən xəbərdardırlar: "Amma ortaya atılan təkliflər İP-in uzunmüddətli fəaliyyətinin təmin edilməsi və onun dağılmaqdan xilası üçün yetərli sayıla bilməz. Nəzərə alsaq ki, böyük əksəriyyətdə belə bir inam var ki, prezident seçkiləri yaxınlaşdıqca AXCP və Müsavat arasında siyasi çəkişmələr özünün yeni mərhələsinə qədəm qoyacaq, o zaman İP-in taleyi haqqında indidən daha konkret, ağıllı təkliflərin irəli sürülməsi və gerçəkləşdirilməsi qaçılmaz görünür. Qurumun
adını dəyişdirmək, İP-ə üzvlük prosedurlarını sərtləşdirmək və ya daxili intizam qaydalarını gücləndirmək hesab etmirəm ki, bu qurumu çətin situasiyalardan güclənmiş vəziyyətdə çıxara bilər".
Bəs ümumiyyətlə, iki ildir elan edilməmiş qurumun hələ də formalaşa bilməməsinə səbəbi nədir? Qaynağımız da deyir ki, İP-in təşkilati mərhələni tam keçə bilməməsi açıq görünür: "Baxmayaraq ki, Koordinasiya Şurası yaradılıb, regional təşkilatlar artıq ölkənin böyük bir hissəsini əhatə edir, Palata daxilində çeşidli komissiyalar formalaşdırılıb, amma İP-in ci
ddi təşkilati prolemlər yaşadığı açıq görünür. Qurumun bir çox hallarda formallığa qaçdığı aydın hiss olunur. Bunun da əsas səbəblərindən biri də odur ki, o, özünün ilkin məqsəd və hədəflərindən uzaq düşməsidir". Mənbəmiz fikrini daha sonra elə izah edir: "İP yaradılarkən daha çox parlament seçkilərində haqları pozulanların birliyi kimi ortaya çıxmışdı, onun daha çox indiyədək ictimai-siyasi proseslərdə passiv, seyrçi, kənar mövqe tutan insanları özündə birləşdirməsi, ümumi prosesə qoşması gözlənilirdi. İlk aylarda buna nail də olunurdu, amma sonradan İP AXCP və Müsavatın müştərək alt qurumu təsiri bağışlamağa başladı. Dəqiq hesablama aparmışam, hesab edirəm ki, İP üzvlərinin ən azı 70-80 faizi məhz AXCP və Müsavatın təmsilçiləridir. Elə isə İctimai
Palatanın tez-tez dağılmaq təhlükəsi ilə üzləşməsindən təbii nə ola bilər? Ümumiyyətlə, İP-ə nə ehtiyac vardı, elə sonuncu parlament seçkisi dövründəki AXCP-Müsavat seçki blokunu sonrdan siyasi bloka çevirmək olmazdımı?"
Qaynağımız deyir ki, o, İP-in fəliyyətini prezident seçkisinə və ondan sonrakı bir neçə aylıq kritik dövrdə də davam etdirə bilməsi üçün qurum daxilində Müsavat və Cəbhənin mütləq üstünlüyü minimuma endirilməlidir: "İndi elə vəziyyət yaranıb ki, Müsavat fikirləşir əgər mən getsəm, İP-in heç bir gücü qalmayacaq, Cəbhə fikirləşir, mən getsəm, İP-in adı qalacaq. Bir-birlərini də bununla, belə demək mümkünsə, şantaj edirlər. Nəticədə İctimai Palatanın dayanıqlılığı, uğurlu format olması, real təşkilatlanması və təşkilati güc kimi hamıda şübhə doğurmağa başlayır".
Qaynağımız deyir ki, AXCP və Müsavat liderləri İP-in yaşamsını istəyirlərsə, öz partiylrının İctimai Palata dxilində mütləq üstünlüyünü azltmalı, yeni qüvvələrin, şəxslərin cəlb edilməsi yolu ilə iki partiyanın İP daxilində çəkisini heç olmasa üçdə birə qədər endirməlidirlər: "O zaman istər AXCP, istərsə də Müsavatda dərk edəcəklər ki, hər hansı birinin İctimai Palatanı tərk etmələri ilə heç nə dəyişməyəcək, qurum yenə də yoluna davam edəcək.
Beləcə iki partiyanın İP-i riskə soxan şıltaqlıqları mənasını itirəcək".
Bununla belə, qaynağımız inanmır ki, istər Cəbhə, istərsə də Müsavat onun dediyi yolu seçəcəklər: "Hazırda İP-in taleyi tükdən asılıdır, iki partiyadan heç biri Palatanın qorunub-saxlanılmasında maraqlı görünmür. Xüsusən mən Müsavatın ən yaxşı halda yazadək İP-də duruş gətirəcəyini düşünürəm. Qurum daxilində iki partiya funksionerləri arasında siyasi münasiətlərin nə qədər gərgin, amnsız olduğu aydın hiss edilir. Xüsusən Müsavat rəhbərliyində AXCP-yə etimadsızlıqla əlaqədər İP-in prespektivinə inamsızlıq ruhu daha dərindən hakimdir. Onlar hesab edirlər ki, süni nəfəs yolu ilə qurumu müəyyən ir mərhələyədək aparmaq hələlik məqsədlərə uyğundur".
Bütün bunlardan çıxan yekun qənaət isə ondan ibarətdir ki, İP dərin islahatlara - təşkilati reformlara ehtiyac duyur, həm də bunu seçki ilinin əvvəlinədək həlli qaçılmazdır, sonradan daxili prolemlərlə məşğul olmaq isə sadəcə İctimai Palatanın nüvəsini təşkil edən iki partiyanın seçki hazırlığını tamamilə "0 effekti" ilə üz-üzə qoyacaq.
Qabil Qaliboğlu