Mayk Tayson ona gələn döyüş təkliflərini rədd etməyə davam edir. 

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, rinqə qayıtmağa hazırlaşan peşəkar boksçu 53 yaşlı Tayson MMA-nın əfsanəvi siması Vanderlei Silva ilə qarşılaşması üçün təklif edilən 18 milyon dolarlıq təklifi rədd edib.

Qeyd edək ki, Taysonun 1997-ci ildə qulağını dişlədiyi digər çempion boksçu Evander Holifild də rinqə qayıtmaq üçün hazırlıqlarını davam etdirir. Hər iki boksçunun rinqə qayıtmaq fikri onların yenidən qarşılacaqları iddialarını ortaya atıb.