Bu gün koronavirus pandemiyasına görə martdan dayandırılan Türkiyə Super Liqasına yenidən start veriləcək.

Unikal.org xəbər verir ki, 27-ci tur çərçivəsində bu gün iki qarşılaşma keçiriləcək. Baş məşqçi postuna müvəqqəti olaraq Tahir Karapınarı gətirən “Fənərbaxça” autsayder “Kayserispor”u qəbul edəcək. Lider “Trabzonspor” isə İzmir səfərində “Göztəpə” ilə qarşılaşacaq.

Türkiyə Super Liqası, 27-ci tur

12 iyun

22:00 Fənərbaxça – Kayserispor
22:00 Göztəpə – Trabzonspor

13 iyun

19:30 Başakşəhər – Alanyaspor
22:00 Beşiktaş – Antalyaspor
22:00 Yeni Malatyaspor – Kasımpaşa

14 iyun

19:30 Gənclərbirliyi – Konyaspor
22:00 Qaziantep – Ankaragücü
22:00 Rizəspor – Qalatasaray

15 iyun

22:00 Sivasspor – Dənizlispor