Rəhim Qazıyevin xəsarət alması ilə nəticələnən faktla bağlı CM-nin 221.1-ci maddəsi ilə Yasamal RPİ İstintaq şöbəsində cinayət işi başlanıb.

Unikal.org xəbər verir ki, bu barədə Bakı şəhər BPİ-nin Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib ki, faktın törədilməsində ehtimal olunan şübhəli şəxs vardır: “Hazırda araşdrımalar davam etdirilir”.

18:13

xxx

Sabiq müdafiə naziri Rəhim Qazıyev küçədə döyülüb.

Unikal.org xəbər verir ki, sabiq nazir Rəhim Qazıyevi küçədə vurub qaçıblar. O, başından yaralanıb. Vətəndaşlar ona yardım göstərib, polisə və təcili yardıma müraciət edib.