Dünən "Instagram" səhifələrində müğənni Rəqsanə İsmayılovanın qızı Aysunun qəza keçirməsi barədə məlumat yayılıb. 

Unikal.org xəbər verir ki, iddiaya əsasən, gənc ifaçı təcili olaraq xəstəxanaya yerləşdirilib, vəziyyəti ağırdır.

Aysun hadisə ilə bağlı səhifəsində məlumat yayıb.  O, qəzanın baş verdiyini, lakin hər şeyin qaydasında olduğunu bildirib:

“Axşam rəfiqəmin idarə etdiyi maşınla bağa gedərkən qəza keçirdik. Həyətə daxil olanda avtomobilin sağ tərəfi ağaca dəydi, balaca cızıq və əzik oldu”.