Bakıda ölümlə nəticələnən yol qəzası olub.

Bu barədə Unikal.org Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.

Məlumata görə, nazirliyin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Nərimanov rayonunda “AzSamand” markalı minik avtomobili yoldan çıxaraq aşıb. Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan 1969-cu il təvəllüdlü İmanov Qəhrəman Əlövsət oğlunun meyitini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.