İngiltərənin "Çelsi" klubu heyətini yeni futbolçu ilə gücləndirib. 

Unikal.org klubun rəsmi saytına istinadən xəbər verir ki, London təmsilçisi Almaniya "Leyptsiq"indən Timo Verneri transfer edib. 24 yaşlı almaniyalı hücumçu ilə 5 illik müqavilə imzalanıb. Keçidin digər detalları açıqlanmayıb. Forvard tibbi müayinədən sonra iyulda "Çelsi"yə qoşulacaq. 

Qeyd edək ki, Timo Verner 2019/2020 mövsümündə "Leyptsiq"in heyətində 43 oyun keçirib, 32 qol və 13 məhsuldar ötürmə ilə yadda qalıb.